
Noyabrın 9-da Parisdə YUNESKO Baş Konfransının 42-ci sessiyası çərçivəsində ER Xarici işlər naziri Ararat Mirzoyan YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşüb.
ER Xarici işlər nazirliyindən verilən məlumata görə, Ararat Mirzoyan Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə aparmasının nəticələrinə toxunaraq, Ermənistan hökumətinin DQ-dan olan 100 mindən çox qaçqının ilkin ehtiyaclarını ödəmək üçün göstərdiyi səyləri təqdim edib.
Nazir Mirzoyan 21 minə yaxın məcburi köçkün məktəb yaşlı uşağın təhsil hüququnun həyata keçirildiyini vurğulayaraq, onların əksəriyyəti üçün təhsil hüququnu reallaşdırmaq imkanının artıq təmin olunduğunu qeyd edib.
Bu kontekstdə Xarici işlər naziri YUNESKO-nun operativ reaksiyasını və təşkilatın məcburi köçkün uşaqların təhsil ehtiyaclarını qiymətləndirmək üçün Ermənistana təcili missiya göndərməsini yüksək qiymətləndirib.
Mənbənin məlumatına görə, Ermənistanın Xarici işlər naziri və YUNESKO-nun baş direktoru Dağlıq Qarabağda erməni mədəni-mənəvi irsinin qorunub saxlanması məsələsini müzakirə ediblər.
Ermənistan Respublikasının Xarici işlər naziri onların dağıdılması, təhqir edilməsi və ya mənimsənilməsinin ciddi riskləri ilə bağlı narahatlığını ifadə edərək, mədəniyyət abidələrinin qorunmasında YUNESKO-nun fəal iştirakının zəruriliyini vurğulayıb.
Hər iki tərəfdən mədəniyyət abidələrinin yerində müstəqil monitorinq və xəritəçəkmə işlərinin aparılması üçün UNESCO-nun faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa göndərilməsinin vacibliyi vurğulanıb.
Bildirilir ki, görüşdə ER və YUNESKO arasında əməkdaşlıq gündəliyində duran digər məsələlər həmçinin müzakirə olunub.







