BaşlıcaSiyasət

Bu ay Yerevanda ATƏT PA-nın payız sessiyası keçiriləcək – 350 nümayəndə gələcək, onların bir qismi Ermənistan sərhədlərini ziyarət edəcək

ATƏT Parlament Assambleyasının payız sessiyası İrəvanda keçiriləcək.

Ermənistan hökuməti noyabrın 9-da keçirdiyi iclasda ATƏT Parlament Assambleyasının payız sessiyasının noyabrın 18-20-də Yerevanda keçirilməsi üçün Nazirlər Kabinetinin ehtiyat fondundan 120 milyon dramın ayrılması barədə qərar qəbul edib.

Qeyd olunur ki, əvvəllər sessiyanın Səmərqənddə keçirilməsi qərara alınsa da, sonradan fərqli vəziyyət yaranıb. 2023-cü ilin fevralında məlum olub ki, Özbəkistan hökuməti siyasi mülahizələrə əsaslanaraq sessiyaya ev sahibliyi etmək qərarını ləğv edib.

İyunun 13-də Ermənistan ATƏT PA-nın rəhbəri və baş katibinə rəsmi məktub göndərərək, respublika parlamentinin payız sessiyasının iştirakçılarını Yerevanda qəbul etməyə hazır olduğunu bildirib.

Bildirilir ki, ATƏT PA-nın payız sessiyasının Yerevanda keçirilməsi bu qurumun üzvü olan 57 ölkənin – 350-yə yaxın deputatın Ermənistanda nümayəndə heyətini qəbul etmək imkanı verəcək. Sessiya zamanı üç komissiya Cənubi Qafqaz regionu ilə bağlı bir sıra məsələləri müzakirə edəcək.

Artıq bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri sessiya çərçivəsində Aİ-nin Ermənistan sərhədlərindəki müşahidə missiyasına səfərlərini təşkil etmək istəklərini bildiriblər.

Daha çox göstər
Back to top button