
Yerevan Hindistan silahlarının yeni partiyasını alır. Bu barədə Dehlidə dərc olunan The Eurasian Times bidirir.
Ekspertlər bunu Ermənistan-Hindistan münasibətlərinin dərinləşməsi yolunda daha bir mühüm addım hesab edirlər. Onlar əmdirlər ki, bu münasibətlərin inkişafı üçün böyük potensialı var və hər iki ölkə üçün perspektivlidir.
Ermənistan-Hindistan əməkdaşlığı 2020-ci ilin 44 günlük müharibəsindən sonra aktiv fazaya girib. Rəsmi səfərlər tez-tez baş verdi, nəticədə Yerevan və Dehlinin hərbi sahədə də konkret və uzunmüddətli əməkdaşlıq yolları üzərində işlədiyi açıqlandı.
Hindistanın “The Eurasian Times” bildirdi ki, rəsmi Yerevan Heydərabadda yerləşən “Zen Technologies” şirkəti ilə ümumi dəyəri 41,5 milyon dollarlıq PUA-lara qarşı sistemlərinin alması üçün müqavilə imzalayıb.
“Zen Technologies-in dron əleyhinə sistemi sübut olunmuş texnologiyadır və artıq Hindistan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Ermənistanda anlayırlar ki, Hindistan ordusu bu sistemlərdən istifadə edirsə, deməli, bu, yaxşı olmalıdır”.
Hərbi ekspert Van Hambardzumyanın fikrincə, hazırda Ermənistanla Hindistan arasında baş verənlər kifayət qədər müsbət və perspektivlidir.
“Vacib bir şeyi başa düşmək lazımdır: Ermənistan Respublikasına bir nömrəli silah tədarükçüsü olan Rusiya Federasiyası hazırda dünya bazarından hərbi sənaye ixrac edən ölkələr siyahısından kənardadır”.
Hərbi ekspert hesab edir ki, bu baxımdan Hindistan bir neçə nöqteyi-nəzərdən ən uyğun alternativdir, çünki bu məsələdə heç bir problemi olmayan və Azərbaycanın Erəminstan-Hindistan hərbi əməkdaşlığı ilə bağlı narazılıqlarına baxmayaraq, Ermənistanın hərbi potensialının artırılmasında maraqlı olan ölkələrdən biridir.
“Sizə kim silah verirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri pisləşə bilər, çox çətin problemlər var. Lakin bütün bunlara baxmayaraq, Hindistan Ermənistana silah satmağın tərəfdarıdır. Bu, hər iki ölkə üçün çox perspektivlidir”- ekspert vurğuladı.
Hindistanı araşdıran erməni ekspertlər qeyd edirlər ki, Ermənistan-Hindistan münasibətləri bütün səviyyələrdə yenidən dəyərləndirilir. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan da “The Economic Times” qəzetinə müsahibəsində Ermənistan-Hindistan münasibətlərinin yenidən qiymətləndirilməsindən danışıb.
“Ermənistan İranın Çabahar limanına qoşulmaq üçün danışıqlar aparır, çünki o, Hindistan və digər Asiya ölkələrinə çıxış əldə etməyə çalışır”, – Səfəryan qəzetə deyib.
Xarici işlər nazirinin müavini bildirdi ki, Yerevan Hindistana İranın “Fars körfəzi-Qara dəniz” layihəsinin bir hissəsi olmağı təklif edib. Ermənistan-Hindistan iqtisadi əlaqələrinin digər sahələrinə toxunan Mnatsakan Səfəryan qeyd edib ki, Ermənistan və Hindistan arasında birbaşa aviareyslər artıq 2024-cü ildə açıla bilər.
Hindistanın “Yusanas Foundation” analitik mərkəzinin tədqiqatçısı Ararat Kostanyan qeyd edir ki, əməkdaşlığın aktivləşdirilməsi təsadüfi deyil, çünki təhlükəsizlik məsələləri Hindistan üçün də mühüm əhəmiyyət kəsb edir.
“Bu, Hindistanı da narahat edir, çünki terror təhlükəsi var, Pakistanın Türkiyə və Azərbaycana açıq dəstək verməsi təhlükəsi artmaqdadır. Bu, Hindistanın bu regionda xarici siyasətinin və təsirinin mühüm tərkib hissələrindən biridir. Hindistan Ermənistanı bu regionda özünün etibarlı dost-tərəfdaş hesab edir”.
Kostanyan qeyd edir ki, Ermənistan-Hindistan münasibətlərinin dərinləşməsi başqa nöqteyi-nəzərdən də vacibdir, çünki Hindistan yaranmaqda olan “yeni dünya nizamı”nda mühüm rola iddialıdır.







