
ER-Böyük Britaniya strateji dialoqu ER Xarici işlər naziri Ararat Mirzoyan ilə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti arasında noyabrın 13-də Londonda keçirilən görüşlə başlayıb.
ER Xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş təkbətək söhbət formatında başlayıb, daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Həmsöhbətlər vurğuladılar ki, son vaxtlar ER və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoqun fəallaşması, strateji dialoqun başlanması, tərəflərin ER-Böyük Britaniya tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyinə dəlalət edir
Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin bütün gündəliyi müzakirə edilib. Siyasi, ticarət-iqtisadi, təhlükəsizlik, innovasiyalar, insanlar arasında təmaslar və digər sahələrdə mövcud olan bir sıra əməkdaşlıq və onun genişləndirilməsi perspektivlərindən danışılıb.
Tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini hərtərəfli müzakirə ediblər.
Sonuncu kontekstdə nazir Mirzoyan oktyabrda Qranadada keçirilmiş dördtərəfli görüşdən sonra qəbul edilmiş bəyanatda əksini tapan prinsiplər əsasında sülh prosesində irəliləyişin, Azərbaycanın ictimai öhdəliklərini ifadə etməsi, o cümlədən fəal beynəlxalq tərəfdaşların bu işə cəlb edilməsi vacibliyini vurğulandı.
Regional kanalların blokunun açılması kontekstində nazir Mirzoyan Ermənistan tərəfindən hazırlanmış “Sülh yollarının kəsişməsi” layihəsini təqdim edib və onun həyata keçirilməsi nəticəsində Ermənistanın və bütövlükdə regionun sabitliyi və inkişafı üçün gözlənilən üstünlükləri vurğulayıb.
Həmsöhbətlər, həmçinin Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə aparması nəticəsində 100 mindən çox erməninin məcburi köçkünə çevrilməsi və Dağlıq Qarabağ xalqının ilkin ehtiyac və hüquqlarının təmin edilməsi istiqamətində atılan addımları müzakirə ediblər.
Görüşdən sonra ER Xİ naziri və BB Avropa məsələləri üzrə naziri müzakirələri qısa şəkildə təhlil ediblər.







