BaşlıcaEkonomika

Səfir: “Ermənistan və İran “elektrik üçün qaz” layihəsinin həcmini üçqat artıra bilər”

Bu haqda İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Civilnet”ə müsahibəsində deyib.

“İki ölkə arasında qaz xətti var və biz iki ay əvvəl “qaz elektrik enerjisi” müqaviləsini uzatdıq. Bu, iki ölkə arasında münasibətlərdə böyük və strateji addım idi.

Bu müqavilə sayəsində biz artıra biləcəyik. Ermənistandan qaz müqabilində elektrik enerjisinin idxalını üç, hətta dörd dəfə artıra bilərik.

Bizim Ermənistanla çox yaxşı planlarımız var. Üçüncü elektrik ötürücü xəttimiz var, ümid edirəm ki, yaxın aylarda  sona çatacaq”.

Səfir xatırladıb ki, ötən il Ermənistanla İran arasında ticarət dövriyyəsinin həcmi 711 milyon dollar təşkil edib. O, bu il bu rəqəmin bir milyarda çatacağına ümid etdiyini   bəyan edib.

“32 kilometrlik Aqarak-Kacaran yolu layihəsi də var ki, bu da strateji əhəmiyyət kəsb edir və Ermənistan hökuməti ilə İran şirkətləri arasında imzalanmış ən böyük layihədir.

Biz həmişə digər İran şirkətlərini Ermənistana gəlməyə və yaxşı imkanlardan istifadə etməyə, Ermənistanda iş imkanları yaratmaq, burada istehsal etmək və başqa ölkələrə ixrac etməkçün təşviq etmişik.

Ümumiyyətlə deyə bilərəm ki, ticarət-iqtisadi əlaqələrimiz yaxşı inkişaf dinamikasına malikdir və biz bu yolu qətiyyətlə davam etdirəcəyik” – deyə Sobhani qeyd edib.

Daha çox göstər
Back to top button