BaşlıcaSiyasət

ER Xİ nazirinin müavini: “AB müşahidəçilərinin potensialının gücləndirilməsi sərhədlərimizdə sabitliyi daha da gücləndirəcək”

Ermənistan Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan AB Xarici İşlər Nazirləri Şurasının Ermənistanda Avropa Birliyinin  müşahidə missiyasının genişləndirilməsi ilə bağlı qərarına toxunub.

Paruyr Hovhannisyan jurnalistlərlə söhbətində qeyd edib ki, AB-nin Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi məsələsi uzun müddətdir ki, müzakirə olunur.

“Müşahidəçilərin sayının genişləndirilməsi, onların imkanlarının gücləndirilməsi ilə bağlı qərar var ki, bu da müşahidə ilə bağlı daha fəal iş aparmağa, Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcəkdir”-  deyərək Hovhannisyan bildirib.

O,  əlavə edib ki, hələlik AB müşahidəçilərinin sayının nə qədər artacağı bəlli deyil, lakin o, işin daha səmərəli aparılması üçün müvafiq sayın təqdim edilməsinin lazım olduğu fikrini bildirib.

Hovanisyan aydınlaşdırıb ki, söhbət müşahidəçilərin sayının artırılmasından və onların imkanlarının gücləndirilməsindən gedir.

O, həmin istiqamətdə işlərin sürətlə başlanacağı və heç bir gecikmənin olmayacağı fikrini də bəyan etdi.

Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra Aİ-nin xarici əlaqələr üzrə ali komissarı Cozep Borrel bəyan edib ki, ölkədə islahatların davam etdirilməsini nəzərə alaraq, Aİ Ermənistandakı missiyasını gücləndirmək və sərhədin həssas bölgələrində daha çox patrul xidməti həyata keçirir.

Daha çox göstər
Back to top button