Başlıcaİctimaiyyət
Ermənistan, Gürcüstan, Azərbaycan – Beynəlxalq turistlər üçün hansı ölkə daha cəlbedicidir?

Koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərin aradan qaldırılmasından sonra Ermənistana Azərbaycandan daha çox beynəlxalq turist gəlir. Cənubi Qafqaz ölkələri arasında Gürcüstan turizm sahəsində liderdir.
Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 1,5 milyon, Ermənistana 1,8 milyon, Gürcüstana 2,7 milyon xarici vətəndaş səfər edib.
Hər 3 ölkədə ən çox turist axını Rusiyadan olub.
2022-ci ildə Gürcüstan turizmdən 3,5 milyard dollar, Ermənistan təxminən 1,5 milyard dollar, Azərbaycan 788 milyon dollar gəlir əldə edib.







