BaşlıcaSiyasət

Polşa höküməti Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və istəyir ki, ermənilər beynalxalqcasına  tanınmış ərazisində sülh və firafanlıqla  yaşasın

Bu haqda jurnalistlərlə söhbətində  ER-da Polşanın Föqalədə və səlahiyyətli səfiri Pyotr Skveçinski deyib.

“Polşa Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Vurğulamalıyam ki, Polşa cari ilin Sentyabrında baş vermiş faciəli günlərdə maliyyə və iqtisadi dəstək vermis  ilk  ölkələrdən biri idi. Biz istəyirik ki, Ermənistanda sülh  bərqərar olsun və ermənilər beynalxalqcasına  tanınmış ərazisində sülhlə yaşaya bilsinlər”- deyə səfir qeyd edib.

Polşanın səfiri AB Xarici işlər nazirlər şurasının Ermənistanla vizaların liberallaşdırılması üzrə danışıqlarının qərarına toxunaraq vurğulamışdır  ki, bu məsələdə Polşa Ermənsitan üçün problemlər yaradan ölkə deyildir.

“Bilirsiniz ki, Ermənistanla vizaların liberallaşdırılması üzrə danışıqları artıq prosesdədir və ümidvaram ki, nəhayət bu məqsədə catacağıq və giriş icazələrinin liberallaşdırılması reallaşdırılacaq”-  deyərək səfir  qeyd edib.

Daha çox göstər
Back to top button