BaşlıcaEkonomika

Rusiya İnquşetiya ərazisindən Gürcüstana yeni dəmir yolunun çəkilməsi imkanını nəzərdən keçirir

Gürcüstan və Rusiyanın ekspert dairələri ölkələr arasında dəmir yolu əlaqəsinin bərpası imkanlarını müzakirə etməyə başlayıblar.

Gürcüstan hakimiyyəti Abxaziya ərazisindən keçən dəmir yolu əlaqəsini bərpa etməyi düşünmürsə, İnquşetiya vasitəsilə yeni Qafqaz dəmir yolunun çəkilməsi daha real görünür.Bu haqda Qruziya  online yazır.

Moskva İnquşetiyanın Ticarət və Sənaye Palatasına müxtəlif strateji layihələr təklif edib ki, onlardan biri də Rusiyanın mərkəzi hissəsindən (Şimali Qafqaz Dəmir yolunun yanında) Cənubi Qafqaz regionlarına ikitərəfli dəmir yolunun çəkilməsidir.

 Dəmir yolu Transqafqaz dəmir yolunun Ksan stansiyasına (Tbilisi yaxınlığında) çatmalıdır. Bu, xüsusilə də xarici sanksiyalar kontekstində ölkənin büdcə gəlirlərinin yaxşılaşdırılması və xarici iqtisadi əlaqələrin gücləndirilməsi üçün yeni strateji layihələrin icrasına başlamağı təklif edən Rusiya federal orqanlarının müraciəti ilə bağlıdır.

Moskva Rusiya Federasiyası ilə Gürcüstan arasında sərnişindaşıma və yükdaşıma marşrutunu azaltmaq qərarına gəlib.

Onların fikrincə, bu layihə iki ölkə arasında “sabit dəmir yolu əlaqəsini” təmin edəcək. İnquşetiya Ticarət və Sənaye Palatasının dəmir yolunun tikintisinə yenidən başlamaq təşəbbüsünün Rusiya Federasiyası Xarici işlər nazirliyi yanında Rusiya Federasiyası subyektlərinin rəhbərləri Şurasının iclasında təqdim edilməsi və müzakirə edilməsi planlaşdırılır. Bu ölkənin Xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilir.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button