BaşlıcaSiyasət

Sidorov hesab edir ki, KTMT ölkələrinin liderləri Qafqazda vəziyyəti sabitləşdirmək üçün tədbirlər görəcəklər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə qərargahının rəhbəri Anatoli Sidorov təşkilata üzv dövlətlərin liderlərinin Qafqaz regionunda vəziyyətin sabitləşməsi üçün bütün lazımi tədbirləri görəcəkləri barədə fikir bildirib.

TASS agentliyinə istinadən verilən  məlumata görə, bu haqda  Sidorov noyabrın 16-da keçirdiyi brifinqdə qeyd edib.

.

“Dövlət başçılarının hansı qərarı verəcəyini mühakimə edə bilmərəm. Düşünürəm ki, onlar Qafqazda, o cümlədən Ermənistanda və qonşu dövlətlərdə vəziyyətin sabitləşməsi üçün bütün tədbirləri görəcəklər” – deyərək  Sidorov bildirib.

O, əlavə edib ki, tədbirlər artıq 2022-ci ildə Ermənistanda KTMT-nin Birgə Qərargahı və Katibliyinin  nümayəndə heyətinin gördüyü işlərin nəticələrinə əsasən təklif edilib.

Daha çox göstər
Back to top button