
Fransa Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya sənədinin Ermənistan tərəfindən saxlanılmaq üçün təhvil verməsini alqışlayıb. “Beləliklə, Ermənistan BCM-nin Nizamnaməsinə üzv olan 124-cü dövlət olur”, – təşkilatın bəyanatında deyilir.
Qeyd ed’k ki, Birləşmiş Millətlər Təşkilatının Hüquq Məsələləri İdarəsinin Müqavilə Departamentində keçirilən mərasimdə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya sənədi Ermənistan tərəfindən saxlanılmaq üçün təhvil verilib.







