
Yerevanda keçirilən ATƏT-in Parlament Assambleyasının payız sesiyasının işlərində iştirak etmək məqsədiylə Ermənistanda olan Fransa, Kipr və İsveç deputatları Noyabırın 18-də Tsitsernakaberd Memorialını ziyarət etmişlər.
ER Parlamentindən bildirirlər ki, qonaqlar Erməni Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən Sönməz məşəl önündə çiçəklər düzmüş və Müqəddəs Qurbanların xatirəsini yad etmişlər.
“Biz Erməni Soyqırımının məhkum edilməsini vacib hesab edirik. Bizim həmçinin Azərbaycan tərəfindən həyata keçirilmiş hadisələr haqqında dəqiq mövqeyimiz var. Biz erməni xalqının yanındayıq”- deyə ATƏT-in Parlament Assambleyasının Fransa nümayəndə heyətinin üzvü Paskal Lkan bildirmişdir.
ATƏT-in Parlament Assambleyasının Kiprin nümayəndə heyətinin başçısı vurğulamışdır ki, Kipr ermənilər qarşısında həyata keçirilmiş soyqırımını məhkum etmiş ilk ölkələrdən biridir.
O, əlavə edib ki, Dağlıq Qarabağ əhalisi ilə baş vermiş hadisələri də ciddi şəkildə məhkum edilməlidir.







