Başlıcaİctimaiyyət

Azərbaycan hakimiyyəti öz tənqidçilərini şübhəli cinayət ittihamları ilə susdurur: Human Rights Watch

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda müstəqil media işçilərinin həbsinə toxunub. Qeyd olunur ki, Azərbaycan hakimiyyəti müstəqil “Abzas Media” mediasının rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqıfqızını korrupsiya faktlarını araşdırıb ifşa etdiklərinə görə saxlayıb. Səlahiyyətlilər “Abzas Media” ilə də işləyən iş adamı Məhəmməd Kekalovu da həbs edib.

Hakimiyyət iş adamı Məhəmməd Kekalovu da həbs edib. O da Abzas Media ilə işləyirdi.

Noyabrın 21-də Bakının Xətə rayon məhkəməsi Həsənli və Vaqifqızı barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Jurnalistlər mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıqda saxta ittihamlarla hədələnir. Məhkəmə uzunmüddətli həbs qətimkan tədbirini əsaslandıran konkret faktlar təqdim etməyib.

“Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür. Həsənli, Vaqifqızı və Kekalov uzun müddətdir davam edən həbslərin son illüstrasiyasıdır və onlar dərhal azad edilməlidirlər”,- deyə Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib.

Human Rights Watch qed edib ki, məhkəməyəqədər həbs qətimkan tədbiri təqsirləndirilən şəxslə əlaqədar konkret faktlar və şəxsi şəraitlə əsaslandırılmış son tədbir olmalıdır.

Abzas Media müstəqil onlayn xəbər platformasıdır, Azərbaycanda baş verənləri işıqlandırır və tez-tez ölkədəki korrupsiya haqqında məlumat verir. Həsənli həm də NİDA gənclər hərəkatının keçmiş üzvüdür. “NİDA” idarə heyətinin üzvləri 2014-cü ildə saxta cinayət ittihamı ilə cinayət işi açılıb və həbs edilib.

Vaqifqızı həm də tanınmış azərbaycanlı araşdırmaçı jurnalistdir. Keçmişdə o, prezident, ailəsi və kabinet üzvləri də daxil olmaqla yüksək səviyyəli korrupsiyanı ifşa edib. Azərbaycan hakimiyyəti onun 2015-2019-cu illərdə xaricə çıxmasına qadağa qoyub. Sevinc Vaqifqızının adı həmçinin Azəraycan hakimiyyətinin Pegasus casus proqramı vasitəsilə telefonlarını dinlədiyi iddia olunan şəxslərin siyahında çəkilib.

Jurnalistlərin həbsi tanınmış iqtisadçı Qubad İbadoğlunun həbsindən bir neçə ay sonra baş verib.

“İttihamlar müxtəlif olsa da, niyyət eynidir. Hökumət tənqidçilərini susdurmaq və Azərbaycandakı cəsur jurnalistlərə və fəallara mesaj göndərmək istəyir”, – Giorgi Gogia vurğuladı.

O əlavə edib ki, jurnalistlər dərhal azad edilməli və onlara verilən şübhəli ittihamlar geri götürülməlidir.


Daha çox göstər
Back to top button