
Qazla bağlı məsələyə gəldikdə, biz hamımız yalnız bir təchizatçıdan asılı olduğumuz zaman təhlükəsizlik risklərini nə demək olduğunu yaxşı dərk edirik.
Noyabrın 28-də Prezident Vahaqn Xaçatryan bu barədə “Ermənistanın enerji sektorunun bu günü və gələcəyi” adlı konfransda bəyan edib və vurğulayıb ki, tədarükçünün kim olmasının, nə olmasının əhəmiyyəti yoxdur.
“Bazar iqtisadiyyatında istənilən sahədə, harada ki, monopoly var, orada inkişaf ola bilməz”- deyə sahədə islahatları mühüm sayaraq qeyd edib.
Xaçaturyan ən ciddi iş kimi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (BİA) fəaliyyətini vurğulayaraq, bu islahatların davamlı olması üçün Ermənistana hər zaman dəstək olduğunu qeyd edib.
“Bizim enerji balansımızda kəskin dəyişikliklər var və bu dəyişikliklər qarşıdakı dövrdə daha da artacaq” – deyə Prezident hökumətin müvafiq qərarına istinad edərək bildirib.
Qeyd edək ki, Ermənistan hazırda Rusiya və İrandan qaz alır və qaz müqabilində İranı elektrik enerjisi ilə təmin edir.







