
ABŞ Senatının Xarici münasibətləri üzrə komisiyasının sədri Ben Kardin ABŞ Dövlət katibini Azərbaycan prezidenti İlham Əliyevin rejimini Dağlıq Qarabağda həyata keçirilmiş etnik təmizləmələri üçün məsuliyyətə cəlb etməyə və ABŞ tərəfindən DQ-dan məcburi köçkün düşmüş ermənilərə dəstəyini davam etdirməyə çağırır.
“Mən dərindən narahatam ki, Azərbaycan əlavə siyasi nəaliyyətə, xüsusilə qondarma “Zəgəzur dəhlizi” adlanan niyyətinə çatmağı naminə yeni hərbi əməliyyatlara başlaya bilər. Mən sizə beynalxalq tərəfdaşlar və təşkilatlarla Əliyev rejiminin fəaliyyəti üçün məsuliyətə cəlb etməyi dastəkləmək istiqamətində işləməyi davam etməyə çağırıram”-deyə senator Kardin Blinkenə yönəlmiş məktubunda qeyd edib..
Senator Bakı tərəfindən Dağlıq Qarabağın blokadası, sonra Sentyabrın 19-dakı ermənilərin öldürülməsi və əhalinin məcburi köçürülməsi haqqında həmçinin xatırlatmışdır. Bununla yanaşı, məktubda Azərbaycan qüvvələri tərəfindən ermənilərin məhkəmədən kənar öldürülmələri haqqında çoxsaylı məlumatları, həmçinin Bakının nəzarəti altına keçən ərazilərdə erməni mədəniyyət varlığını məhv etməsi kimi yaxşı sənədləşdirilmiş əməlləri və erməni tarixi və mədəniyyətini silmək cəhdləri haqqnda qeyd olunur.
Senator ABŞ Dövlət katibinə “Əliyev rejimi tərəfindən mümkün olan müharibə cinayətləri və vəhşiliklərin” həyata keçirilməsi, Azərbaycan rəsmilərini məsuliyyətə cəlb etməsi, onları müvafiq beynalxalq məhkəməyə verilməsi və 2023-cü ilin Setyabrdakı hücumu nəticəsində məcburi köçmüş ermənilərin dəstəklənməsi istiqamətində hansı addımlar atıldığını və atılacağını barədə sual verib.
“Biz cəzasız hərəkət edə biləcəklərini düşünənlərə aydın mesaj verməliyik”-deyə senator yekunlaşdırmışdır.







