
Ermənistan Respublikası və Azərbaycan arasında bu danışıqlar ərzində heç bir vasitəçi daxil olunmamışdır. Bu haqda Dekabrın 9-da ER TŞ-nın katibi Armen Qriqoryan İctimai televiziyasının efirində demişdir.
Azərbaycanın 2 hərbçinin 32 erməni əsiri ilə mübadiləsini nəyin əvəzinə edildiyi sualına Armen Qriqoryan cavab vermişdir ki, bu danışıqlar və razılaşmaların nəticəsidən olmuşdur.
“Bildiyiniz kimi, Klima Dəyişikliyi konfransı mövcuddur və bu hadisəni Azərbaycan özü üçün vacib hesab edirdi, Ermənistan isə öz növbəsində bu konfransın Ermənistanda təşkil etmək üçün müraciət etdi. Lakin Ermənistan öz namizədliyini güzəşt etməyə hazır olduğunu bildirmişdir, çünki danışıqlar gedirdi ki, Azərbaycan bu konfrans ilə bağlı böyük maraq göstərmişdir. Beləliklə, biz razılığa gələ bilmişik”-deyə Qriqoryan bildirib.
Təhülkəsizlik Şurasının katibi qeyd edir ki, bu həm humanitar, həm də sülh müqaviləsinə daha bir addımla yaxınlaşmanın nəticəsidir.
“Prioritet olaraq bu humanitar addımdır, cünki humanitar məsələ həll edilmişdir.Bilavasitə bu eləcə də razılaşmaya gələ bilinəcək imkanını göstərir, və hesab edirik ki, sülh müqaviləsinin imzalaması işində bu müsbət və vacib addımdır. Bu addım problemləri həll etmək məntiqiylə irəli getmək arzusunun olduğunu və problemlərin həll olunmasında ən böyük imkanın sülh müqaviləsi olmasını göstərmişdir.
Gündəliyimizdə sülh müqaviləsidir. Əlbəttə ki, Dekabr bir az çətin görünür, bununla belə, biz Dekabrın sonuna qədər sülh müqaviləsini imzalamağa hazırıq”.
Öncə Qriqoryanın Azərbaycanın razılaşmaları pozan tərəfi, və bunun üçün beynalxalq zəmanətlər lazım olduğunu bəyan etdiyi halda, onda niyə ikitərəfli danışıqlara getmişsiniz sualına cavab olaraq o, deyib ki, onlar sülh müqaviləsinin imzalamasına çatmaq naminə həm ikitərəfli, həm də çoxtərəfli danışıqlara getməyə hazırdırlar.







