BaşlıcaSiyasət

Müxalifətçi deputat Ermənistanla Azərbaycanın ilin sonuna qədər sülh sazişi imzalayacağını düşünmür

Ermənistan Parlamentinin müxalifət fraksiyasının üzvü Artur Xaçatryan Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağını düşünmür.

“Armenpress”in məlumatına görə, Xaçatryan parlamentdə brifinq zamanı belə fikir bildirib.

“Düzünü desəm, hesab edirəm ki, qalan 17 gün ərzində heç bir sənəd imzalanmayacaq”, – deyə Artur Xaçatryan bildirib.

Fraksiyanın lideri Seyran Ohanyan da hesab edir ki, sülh müqaviləsi məsələsində sürətlə irəliləmək üçün beynəlxalq platformadan, Azərbaycandan Ermənistana təzyiqlər var.

Daha çox göstər
Back to top button