
Parlamentin “Hayastan” fraksiyası hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi hələ bitməyib, beynəlxalq arenada Dağlıq Qarabağ məsələsi üzrə danışıqlara alternativ yoxdur.
“Armenpress”in məlumatına görə, bu barədə parlamentin brifinqində müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib.
“Münaqişə bitməyib, dərinləşib, Azərbaycanın cinayətkar fəaliyyəti onu daha da ağırlaşdırıb və Azərbaycan buna görə cavab verməlidir. Artsax faktor idi və bu gün onun bütün institutları öz subyektivliyini qoruyub saxlamağa çalışmalıdır”, – fraksiya rəhbəri bildirib.







