BaşlıcaSiyasət

İmzalanacaq sülh sazişində yer alan müddəaların icrası üçün konkret təminatçı olacaqmı? – Mişel konkret cavabdan yayınıb

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması üçün çalışır. Brüssel danışıqları bərpa olunur.

Aİ Şurasının prezidenti Şarl Mişel AzadlıqRadiosuna verdiyi eksklüziv müsahibədə bunu deyib və detallara vararaq bildirir ki, saziş sərhədlərin delimitasiyasına əsaslanmalıdır.

“Bilirsiniz ki, biz Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik. Məlum olduğu kimi, tərəflər arasında istər tarix, istərsə də bir-birinə münasibət baxımından çox böyük çətinliklər olub. Amma biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Bir neçə gün öncə Azərbaycan və Ermənistan rəhbərliyi birgə açıqlama yayıb. İndi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə modellərin tapılması yönündə çalışmaq məsələsində hər iki tərəfdə siyasi iradə müşahidə hiss olunur. Biz Avropa İttifaqında tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq.

Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı bu regionda olanları izləyir, çünki Cənubi Qafqaz təhlükəsizlik, iqtisadi inkişaf baxımından nə qədər irəliləyərsə, bu, Avropa İttifaqı, elə dünya üçün də yaxşı olar”.

Mişel əlavə edib ki, indi münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. “Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın”.

Daha çox göstər
Back to top button