
Ermənistan və Estoniyanın xarici işlər nazirləri Ermənistan Respublikası vətəndaşları üçün Aİ vizalarının liberallaşdırılması məsələsini müzakirə ediblər.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
“Əlbəttə, müzakirə olunan mövzulardan biri də vizasız giriş-çıxışla bağlı söhbət olub. Ümid edirəm ki, növbəti ildə biz bu addımı atmağa nail olacağıq”, – deyə Tsahkna bildirib.
Estoniyanın xarici işlər naziri qeyd edib ki, siyasi əməkdaşlıq, o cümlədən Aİ-yə daxil olmaq üçün addımlar üzərində işləməyə hazır olmaq da əsas müzakirə mövzusu olub.
“Bu, mürəkkəbdir. Biz bunun üzərində bir neçə onilliklər ərzində işləyirik və burada da dəstəyə, kadrlarınızı hazrılamağa, bu prosesləri daha praktiki sahədə dəstəkləməyə hazırıq”.







