
Azərbaycanın xarici işlər naziri Türkiyəni Bakı ilə Yerevan arasında aparılan danışıqlarda “qərəzsiz tərəf” adlandırıb.
“Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir, Türkiyə Azərbaycan üçün dost və qardaş ölkə olmaqla yanaşı Ermənistanın qonşusudur və prosesə bilavasitə aidiyyəti olmayan, çoxsaylı təşəbbüslər irəli sürən bəzi üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsi olaraq burada dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında hamıdan çox maraqlıdır. Zatən Azərbaycan masada varsa, Türkiyə də masada var. Eyni praqmatk düşüncə ilə Ermənistan tərəfi də hərəkət etsə, Türkiyənin masada olması Ermənistanın özü üçün də əlverişli olardı”,-deyə o qeyd etdi.
Xatırladaq ki, Türkiyə Ermənistana və Dağlıq Qarabağa təcavüzdə Azərbaycana birbaşa hərbi yardım edən ölkədir.







