Biz beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağda erməni irsinin məhv edilməsini sənədləşdirməsini vacib hesab edirik: XİN

ER Xarici İşlər Nazirliyi BMT-nin xüsusi məruzəçisinin Azərbaycana yönəlmiş Dağlıq Qarabağda erməni tarixi, mədəni və dini irsinin dağıdılması və mənimsənilməsi, tarixin təhrif edilməsi, Dağlıq Qarabağda ermənilərin izlərini silmək cəhdləri ilə bağlı narahatlığını ifadə edən mesaj-müraciətinə əhəmiyyət verir.
ER XİN mətbuat katibi BMT məruzəçisinin müriacətinə toxunaraq qeyd edib ki, bəyanatda BMT Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarına da istinad olunur.
“Bəayantda xalqın , abidələrin və simvolların hədəfə alınması, beynəlxalq humanitar hüququn pozulması da qeyd olunur. Ziyarətgahların, qəbiristanlıqların dağıdılması, “albanlaşdırılma”nın uydurulması, anti-elmi yanaşmalar, qondarma “Qərbi Azərbaycan” termini ilə yayılan saxta gündəm, ermənilərə qarşı nifrət dolu çıxışlar, 19 sentyabr hücumu və etnik təmizləmə, eləcə bir sıra digər məsələlər də təqdim olunur.
BMT-nin xüsusi məruzəçiləri Dağlıq Qarabağ xalqının hüquqlarının, o cümlədən mədəni hüquqlarının pozulması, erməni irsinin dağıdılması və təhqir edilməsi hallarına dəfələrlə toxunublar.
Təəssüf ki, hətta Beynəlxalq Məhkəmənin yuxarıda qeyd etdiyimiz, hüquqi qüvvəyə malik qərarı belə erməni dini-mədəni irsinə qarşı aparılan siyasəti dayandıra bilmədi. Bəli, bu, həm də nifrət nitqinin təzahürləri, Ermənistan ərazisi və Dağlıq Qarabağın tarixi ilə bağlı anti-elmi saxtakarlıqla birgə aparılır.
Eyni zamanda, oxşar cinayətlərin qarşısının alınması, regionda dialoq mühitinin və sabit sülhün bərqərar olması üçün əhəmiyyət kəsb edən bu reallıqların beynəlxalq ictimaiyyət tərəfindən sənədləşdirilməsini vacib hesab edirik”.







