BaşlıcaSiyasət

AİHM erməni hərbçilərin öldürülməsi ilə bağlı Azərbaycana qarşı qərar qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi “Narayan və başqaları Azərbaycana qarşı” işi üzrə hökmü dərc edib. Bu barədə AİHM-in saytında məlumat yayılıb.

AİHM-in qərarına əsasən, hərbçilər Edgar Narayan və Erik Abovyanın ölümü, habelə onların ölüm şəraitinin araşdırılmaması ilə bağlı Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) pozulub.

Bundan əlavə, AİHM-in qərarına əsasən, Azərbaycan Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi tarixdən sonra üç ay ərzində hər ərizəyə görə ərizəçilərə 16 min avro ödəməlidir.

Ərizəçilər Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qohumlarıdır. Söhbət Azərbaycan əsgəri Çingiz Qurbanov tərəfindən erməni hərbçilərinin öldürməsindən gedir.

İş materiallarına görə, 2016-cı il dekabrın 29-da səhər saatlarında Azərbaycan SQ əsgəri Çingiz Qurbanov sərhədi keçərək “Bitlis”ə doğru irəliləyib və iki erməni hərbçini öldürüb.

Daha çox göstər
Back to top button