BaşlıcaSiyasət

Moskva Paşinyanın dekabrın 25-26-da Sankt-Peterburqa gedəcəyini gözləyir

Rusiya tərəfi Ermənistanın baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir və Moskva Yerevanla mövcud məsələləri peşəkar şəkildə həll etməyə hazırdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Biz düşünürük ki, ER Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyası Prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək və burada Ali Avrasiya İqtisadi Şurasının iclasında, həmçinin MDB iştirakçılarının dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək. Əslində orada bütün maraq doğuran məsələləri qaldırmaq mümkün olacaq”, – deyə Zaxarova bildirib.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı Rusiyanın mövqeyinə gəlincə, Zaxarovanın qeyd edib ki, bu barədə Rusiya prezidenti, həm xarici işlər naziri, həm də Rusiya prezidentinin administrasiyası və Xarici İşlər Nazirliyi dəfələrlə və hərtərəfli şəkildə bəyan ediblər.

“Ermənistanla münasibətlərin müttəfiqlik xarakterini rəhbər tutaraq, Moskva hər zaman ortaya çıxan bütün mövzuları sakit, peşəkar və tərəfdaşlıq şəraitində həll etməyə hazırdır”.

Daha çox göstər
Back to top button