ArtsaxBaşlıcaMədəniyyət

Fransada Artsaxın mədəni irsinin qorunması məsələləri müzakirə olunub

Dekabrın 11-12-də Fransanın Milli Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (“İNALCO”) Dağlıq Qarabağda erməni mədəni irsinin qorunub saxlanmasına dair “Qafqazın mirvarisi Şuşi” adlı ikigünlük konfrans keçirilib. Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Fransa Senatının vitse-prezidenti Pyer Uzulias, ER-in Fransadakı səfiri Hasmik Tolmacyan, “INALCO” İnstitutunun prezidenti Jan-Fransua Huşe və “INALCO” Fondunun prezidenti Şarl Persona Filip Advani, Konfransda Fransanın Tarix və Mədəni İrs İnstitutunun direktoru, həmçinin “ALIPH” və “Qalust Gyulbenkyan” Fondunun nümayəndələri çıxış ediblər.

Ermənistan səfiri çıxışında erməni irsinin qorunmasına yönəlmiş proqramın həyata keçirilməsini yüksək qiymətləndirib və belə bir layihəni dəstəklədiklərinə görə “İNALKO” Fonduna, “ALIPH”ə və “Qalust Gyulbenkyan” Fonduna təşəkkür edib.

Ermənistan səfiri çıxışında Dağlıq Qarabağ xalqının beşiyində törədilən etnik təmizləmədən sonra tarixi və dini irsin məhv edilməsi təhlükəsindən, son onilliklərdə Azərbaycanın həyata keçirdiyi erməni mədəni irsinin dağıdılması siyasətindən bəhs edib. Naxicevanda bütün erməni mədəni irsinin məhv edilməsi faktını da təqdim edib.

Qeyd edək ki, “Erməni irsinin sənədləşdirilməsi və mühafizəsi” adlı beşillik proqram çərçivəsində arxeoloqların, memarların, mədəni antropologiya və armenologiya üzrə mütəxəssislərin və tərcüməçilərin dəstəyi ilə elmi cəhətdən öyrənilmiş sənədli məlumatların toplanmasını təmin edəcək müstəqil akademik platformanın yaradılması planlaşdırılır.

Daha çox göstər
Back to top button