
Əgər 2020-ci ildə İqtisadiyyat Nazirliyinin büdcəsi 28 milyard dram idisə, 2024-cü ildə bu rəqəm 91 milyard dram olacaq (1 dram = 0.0025 dollar). Bunu İqtisadiyyat naziri Vahan Kerobyan NEWS.am-a müsahibəsində deyib.
“İqtisadiyyat Nazirliyi son üç illik fəaliyyəti ilə göstərdi ki, biz ayrılan büdcəni həmişə yerinə yetiririk. Əminəm ki, iqtisadiyyata qoyduğumuz investisiyalar gördüyünüz nəticələri verir.
2022-2023-cü illərdə ER iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları onluğuna daxildir. Düşünürəm ki, bu il ilk beşliyə düşəcək. Bu, onu göstərir ki, Ermənistanın iqtisadi siyasəti uğurlu hesab edilə bilər”, – deyə o bildirib.







