Başlıcaİctimaiyyət

Artsaxdan məcburi köçkün düşmüş 220 ailə bir tavan altında yerləşdiriləcək: ESİB-nin yeni təşəbbüsü

Ermənistanın sənayeçi və İş adamlar birliyinin(ESİB) təşəbbüsü ilə Artsaxdan məcburi köçmüş 220 ailəni bir ümumi kompleksdə mənzillə təmin etmək  planlaşdırılır.

 Bu haqda Ermənistanın sənayeçi və İş adamlar birliyinin sədri Arsen Ğazaryan  Birlik şurasının Dekabrın 23-də keçirilmiş ilin sonunu yekunlaşdıran genişlənmiş iclası ərzində bildirmişdir.

Gyumridə dağıdıcı zəlzələsindən sonra Sovet illərindən yarımçıq qalan tikinti kompleklərindən birinin tikinti işlərini sona çatmağı planlaşdırılır. Dizayn işləri artıq başlanmış, binanın bünövrəsi zəlzələyə davamlı ekspertizadan keçmişdir. Ümumiyyətlə buna 1,5 milyard dram(3 milyon 715 min dollar) tələb olunacaq.

Arsen Ğazaryanın fikirincə, Ermənistanın sənayeçi və İş adamlar birliyi lazım olan xərclərin 20 faizi öz üzərinə götürəcək. Digər maliyyə mənbələrini də cəlb etməyi istiqamətində işlər görülür.

ESİB sədrinin sözlərincə, Artsax ermənilərinin məcburi köçürülməsindən sonra,  birlikdə Artsax ermənilərinin genofondunun saxlanılmasına yönəlmiş addımlar atılması  naminə müzakirələr aparılıb. Erməni biznesinə müraciət edildi və hazırda Birliyin çox üzvləri qaçqın düşmüş vətəndaşlarımızın sosial-məişət və  işlə təmin etmək məsələləriylə bağlı aktiv şəkildə fəaliyyət göstərirlər.

“Yaşayış kompleksinin tikintisi artsaxlı bacı və qardaşlarımızın sosial və həyati əhəmiyyətli  problemlərini yumşaltmağa yönəlmiş daha bir addım olacaq. Onları bir tavan altında birləşdirməsi Artsax ermənilərinin mənliyinin qorunmasına töhvə verəcək”- deyərək  Arsen Ğazaryan qeyd etmişdir.

Daha çox göstər
Back to top button