
Ermənistanın 2023-cü ildə 8 faizə yaxın iqtisadi artımı gözlənilir. Maliyyə naziri Vahe Hovhannisyan ili maliyyə baxımından olduqca uğurlu qiymətləndirir. Gələn ildə bəzi dəyişikliklər həyata keçiriləcək, bəzi mikro sahibkarlığın güzəştli vergitutma sistemində müəyyən fəaliyyət növlərinin işləməməsi nəzərdə tutulur.
2024-cü ildən əmək müqaviləsi olan bütün şəxslər gəlir bəyannaməsini təqdim etməlidirlər, bu isə o deməkdir ki, 2024-cü il üçün bəyannamə 2025-ci ildə təqdim olunacaq.
Ermənistanın Maliyyə naziri Vahe Hovhannisyan jurnalistə müsahibəsində keçən maliyyə ilin yekunlaşmış və 2024-cü ildə görüləcək işləri təqdim etmişdir.
“Ümumiyyətlə, 2023-cü ili maliyyə baxımından kifayət qədər uğurlu il hesab etmək olar, biz nəzərdə tutulduğundan çox vergi yığa bilmişik. 2023-cü ildə biz 2022-ci ildə başladığımız, hökumət planında nəzərdə tutulan işləri davam etdirdik. Biz kapital xərclərində əhəmiyyətli artım müşahidə etməyə davam edirik. Həmin artım 2024-cü ildə də davam ediləcək”, – deyə nazir bildirmişdir.
Nazir iqtisadi artımın templərindən danışaraq demişdir ki, 2022-ci ilin iqtisadi artımının böyük tempi 2023-cü ildə davam edilmişdir.
“Biz hazırda görürük ki, artıq 2023-cü ildə 8 faizə yaxın iqtisadi artımımız olacaq, baxmayaraq ki, bir ay əvvəl 7 faiz ətrafında proqnozlaşdırırdıq.







