
Yeni ildən başlayaraq Azərbaycanın işğal rejimi Artsaxda erməni şəhər və qəsəbələrində “silah və döyüş sursat anbarlarının aşkarlanması” məslələsi ilə bağlı informasiya aqressiyasına başladı. Təxminən hər gün fərqli yaşayış məntəqələrində “partlayıcı maddələrin zərərsizləşdirilməsi” üzrə güc strukturlarının işi haqqında məlumatlar bildirilir.
Beləliklə, Əliyev rejimi Artsaxı beynalxalq ictimaiyyətə “terrorizm yuvası” kimi təqdim etməyə və dinc əhaliyə qarşı həyata keçirmiş terror müharibəsinə bəraət qazandırmağa çalışır.
İnformasiya axını onu da göstərir ki, Əliyev rejiminin xüsusi xidmət orqanları və Daxili işlər nazirliyi erməni şəhər və kəndlərində basqınlar keçirir. Çox güman ki, bu basqınlar və sürəklər erməni əhalisinin tərk etdiyi qiymətli əmlakın talanması ilə müşayiət olunur.
İşğal rejiminin nümayəndələrinin inandırmasına baxmayaraq, informasiya axınından belə çıxır ki, Artsaxda ermənilərə məxsus olan hər şeyin, o cümlədən tərk edilmiş ailə təbərrükünün azərbaycanlılar tərəfindən mənimsənilməsi prosesi balşayıb․







