
Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanınstanın xarici işlər naziri Yorgos Qerapetritisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər tarixi və mədəni ümumiliyə əsaslanan Ermənistan-Yunanıstan ikitərəfli dostluq münasibətlərinin inkişaf dinamikasını yüksək qiymətləndiriblər.
Görüş zamanı həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə, o cümlədən Ermənistanın Aİ ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən addımlara toxunulub. Bu çərçivədə Qriqoryan Yunanıstanın Ermənistana verdiyi dəstəyinin vacibliyini vurğulayıb.
Görüşdə tərəflər regional və qeyri-regional təhlükəsizlik vəziyyətini müzakirə edib və istənilən münaqişənin beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunmaqla həll edilməli olduğunu vurğulayıblar. Təhlükəsizlik Şurasının katibi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı son hadisələri təqdim edib.







