BaşlıcaSiyasət

Parlament Ermənistanda fəxri adların ləğvi layihəsini qəbul edib

Ermənistanda fəxri adların verilməsi ləğv edilir.

“Armenpress”in məlumatına görə, “Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları haqqında” Ermənistan Respublikasının Qanununa və bununla bağlı qanunlara əlavələr paketi Parlamentin iclasında birinci oxunuşda 64 lehinə və 31 əleyhinə səslə qəbul edilib.

Layihənin əsaslandırmasına görə, fəxri adlar köhnəlib, sağlam rəqabətə, hətta mənəvi-psixoloji mühitə mənfi təsir göstərir. Layihəni təqdim edən Ədliyyə Nazirliyi fəxri adlar institutunun olmadığı qabaqcıl ölkələrin təcrübəsinə diqqət çəkib.

Nazirlik əmin edir ki, fəxri adların ləğvi o demək deyil ki, dövlət kimisə fəaliyyətinə görə həvəsləndirməyi dayandıracaq, sahələr üzrə mükafatlar olacaq.

Müxalifət layihənin əleyhinə idi.

Daha çox göstər
Back to top button