
AB nümayəndə heyəti, AB Baş ofisi və ER Hökümətinin nümayəndələrinin iştirakı ilə 2017-ci ildə imzalanmış Hərtərəfli və genişlənmiş tərəfdaşlığı üzrə razılaşması(HGTR) çərçivəsində əməkdaşığın altıncı ildönümünə həsr olunmuş iclası keçirilib.
Görüşün məqsədi həmçinin ER-AB münasibətləri çərçivəsində HGTR çərçivəsində əməkdaşığın mahiyətini vurğulamaq, eləcə də, icranın cari mərhələsini qiymətləndirmək və səmərəliliyi artırmağı olub.
Ermənistan Hökümətinin nümayəndələri Hərtərəfli və genişlənmiş tərəfdaşlığı üzrə razılaşması əməkdaşığın icrası çərçivəsində əldə edilmiş öz təcrübəsini təqdim edib, uğurlar, çağırışlar, ehtiyaclar və birgə daha yaxşı işləmək yolları ilə bağlı məsələləri müzkirə ediblər.
“Xarici sessiya zamanı ER Hökuməti tərəfindən saziş sayəsində əldə edilmiş nəzərəçarpacaq nailiyyətləri nümayiş etdirərək, HGTR ilə bağlı islahatların uğurla həyata keçirildiyi konkret sahələri qeyd edilib.
Daimi monitorinq və kommunikasiyanın gücləndirilməsi yollarına diqqət çəkilərək xüsusi çətinliklə həyata keçirildiyi islahatların sahələri qeyd edilib, və Ermənistan-AB tərəfdaşlığının əməkdaşlıq xarakteri daşıdığı vurğulanıb.
AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos baş nazir müavini Mher Grigoryanla davamlı əməkdaşlığı və qarşılıqlı öhdəliklər vasitəsilə ER vətəndaşlarının xeyrinə nəzərəçarpacaq və davamlı nəticələri təşviq etmək səyləri yüksək qiymətləndirib.
Səfir Maraqos HGTR-nın belə bir formatda iştirak üçün mühüm alət kimi əhəmiyyətini vurğulayaraq, Avropa Birliyi ilə Ermənistan Respublikası arasında mövcud olan ümumi dəyərləri və maraqları qeyd edib.
Səfir Ermənistanın modernləşmə prosesinin sürətləndirilməsinə töhfə verməyə imkan verəcək demokratik və iqtisadi islahatlarına dəstəyini yenidən təsdiq edib”-deyə məlumatda bildirilir.
Baş nazir müavini Grigoryan yenidən təsdiq etmişdir ki, Ermənistanın AB-ilə əməkdalığı dərinləşdirməyə və əsas islahatların həyata keçirilməsini davam etdirməyə hazırdır.







