
Ermənistanın hazırkı hakimiyyətinin gündəliyi sülh gündəmidir və onlar onun həyata keçirilməsi işini davam etdirəcəklər.
Bu haqda yanvarın 18-də parlamentdə ənənəvi brifinq ərzində hakim “KP” fraksiyasının katibi Artur Hovhannisyan deyib.
Lakin onun etirafına görə, o yol asan deyil. “Biz elə əvvəldən də deyirdik ki, bu, asan yol deyil. Hələ də maneələrlə üzləşirik. Xüsusilə aqressiv ritorika baxımından. Amma biz Baş nazirin ümidini bölüşürük ki, bu, sülh planını dalana dirəmək cəhdi deyil”- deyərək Hovannisyan qeyd edib.
Lakin deputatın dediyi kimi, bu, prosesi dalana dirəmək cəhdi olsa belə, hakimiyyət heç bir şəraitdə öz siyasi gündəmindən əl çəkməyəcək.
“Ermənistan Respublikasının müharibə proqramı yoxdur. Onun yalnız sülh proqramı var və biz bu yolla gedirik” – deyərək deputat vurğulayıb.







