BaşlıcaSiyasət

Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmdə deyil: Kopırkin

Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmdə deyil.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin RİA-ya müsahibəsində deyib.

“Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfinin verdiyi rəsmi bəyanatları rəhbər tuturam. Xüsusən də bazanın çıxarılması gündəmdə deyil. Yəni Rusiya tərəfindən də belə siqnallar olmayıb”, – o qeyd edib.

Səfir hesab edir ki, Ermənistan və Rusiyanın strateji maraqları üst-üstə düşür, iki ölkə arasında münasibətlər müttəfiqlik xarakter daşımağa davam edir. 

Diplomatın sözlərinə görə, Rusiya ER baş naziri Nikol Paşinyanın may ayında Moskvada keçiriləcək AİB-nin yubiley sammitində iştirakını gözləyir.

Daha çox göstər
Back to top button