
Bu gün hüquq müdafiəçisi və Aqos qəzetinin yaradıcısı Hrant Dinkin vəfatının ildönümüdür.
2007-ci il yanvarın 19-da Hrant türk millətçisi Ogün Samast tərəfindən öldürüldü. Qətldən sonra Türkiyədə minlərlə insan “Hamımız Hrant Dinkik” və “Hamımız erməniyik” şüarları altında etiraz aksiyasları keçirib.
İstintaq zamanı məlum olub ki, polis gözlənilən terror aktını bilsə də, qarşısını almayıb. Dinkin yaxınları isə Türkiyəyə qarşı AİHM-ə iddia qaldırıb. 2010-cu ilin sentyabrında AİHM Türkiyə hakimiyyətini İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının 2, 10 və 13-cü maddələrini pozmaqda təqsirli bilib və Dinkin qohumlarına 133 min avro təzminat ödəməyə qərar verib.
2011-ci il iyulun 22-də Samast qətlə görə 21,5 il, qanunsuz silah saxlamağa görə isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin 2023-cü il noyabrın 16-da qatil “yaxşı davranışa görə şərti azadlığa buraxıldı”.







