BaşlıcaİctimaiyyətMədəniyyət

Fransada Sergey Paracanovun 100 illik yubileyinə həsr olunmuş tədbirlərə başlanılıb

ER Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə yanvarın 19-da Lion yaxınlığındakı Dessin şəhərindəki Toboqan Teatrında “Narın rəngi” rəqs tamaşasının premyerası keçirilib. Bun erməni-fransız layihəsi ilə Fransada Sergey Paracanovun 100 illiyinə həsr olunmuş tədbirlərə start verilib.

Tədbirdə ER Elm, Təhsil, Məsəniyyət və İdan nazirinin müavini Danel Danielyan, Rondan seçilmiş senator, Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun prezidenti Gilbert-Luc Devinaz, Rondan seçilmiş deputat Sara Tanzili, Overgne-Rhône-Alpes regionunun vitse-prezidentləri, Dessin şəhərinin meri Lorans Fotran və Valens şəhərinin meri Nikolas Daraqon, Lion metropolunun vitse-prezidenti Helène Duvivier-Dromin, Lion merinin müavini Sonya Zdorovtsov, Lionun keçmiş meri, şəhər şurasının üzvü Jorj Kepenekyan, Fransadakı böyük erməni təşkilatlarının Lion bölmələrinin rəhbərləri, teatr birliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri işitrak edib.

“Nar rəngi” rəqs tamaşası Fransa-Ermənistan birgə layihəsidir. Tamaşanın müəllifi Fransada tanınmış xoreoqraf Murad Merzukidir. İdeyanın müəllifi Fransada fəaliyyət göstərən “Sate-Atgh” teatr birliyinin bədii rəhbəri Sate Xaçatryandır. Tamaşanın musiqisini “Hogh Artun” qrupu, səhnə geyimlərini isə Edqar Manukyan hazırlayıb.

Tamaşanın həyata keçirilməsinə ER Təhsil və Mədəniyyət Nazirliyi yanında Milli Xalq Musiqisi və Rəqsləri Mərkəzi mühüm töhfə verib. Layihənin ilk rezidentliyi 2023-cü ildə Yerevanda baş tutub.

Tamaşada iştirak edən yeddi rəqqasdan ikisi Ermənistandan dəvət olunub. 2024-cü ilin martın 15 və 16-da Ermənistanda “Narın rəngi” rəqs tamaşası nümayiş olunacaq.

Fransada premyera günü yüksək səviyyəli qonaqların iştirakı ilə Ermənistan Respublikasının Baş Konsulluğu və Sergey Paracanov Muzeyinin Liondakı təşkilatçılığı ilə Zaven Sarkisyanın fotosərgi də keçirilib.

Fotosərgidə Sergey Paracanovun portretləri, kollajları, “Narın rəngi” filmindən geyim eskizləri və s. təqdim olunub. Tobogan Teatrında keçiriləcək sərgi fevralın 4-dək davam edəcək.

Daha çox göstər
Back to top button