BaşlıcaSiyasət

“Qardman-Şirvan-Naxicevan” Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etmək barədə qətnaməsini alqışlayır

“Qardman-Şirvan-Naxicevan” Ümumerməni birliyi Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etmək barədə qətnaməni bəyanatla alqışlayıb.  Bəyanatda qeyd  olunur ki:

“Məlum olduğu kimi, Fransa Senatı 336 lehinə və 1 əlehinə səslə Azərbaycana qarşı sanksiyalar tətbiq etmək qərarı qəbul edib. O, xüsusuilə Azərbaycanın Dağlıq Qarabağda hərbi təcəvüzünü mühakimə edilməsi və Ermənistan Respublikasına qarşı növbəti təcəvüz  cəhdləri və ərazi bütövlüyünü pozulmasının qarşısının alınmasını nəzərdə tutur. 

Lakin qətnamə öz məzmununa görə daha əhatəlidir və Dağlıq Qarabağ ermənilərinin zəmanətli təhlükəsizlik və rifah ilə qayıtmasının təmin edilməsi tələbi, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması, Dağlıq Qarabağın liderlərinin əsassız həbsləri, silahlı münaqişələr zamanı mədəniyyət  dəyərlərin mühafizəsi üzrə hökumətlərarası komitəsindən Azərbaycanın çıxarılmasının ehtiyacı, YUNESKO-da ekspertlərin  beynalxalq qrupunun mədəniyyət və dini irsinin vəziyyəti haqqında informasiya hesabat hazırlamaq üçün Dağlıq Qarabağa ezam edilməsi  kimi əsas məsələlərə toxunub

Daha obyektivi odur ki, qətnamə Azərbaycanın hərbi təcavüzünə qarşı  sanksiyalar tətbiq etmək  üçün ən sərt tədbirlərin görülməsi, o cümlədən Azərbaycan rəhbərlərinin aktivlərinin müsadirəsi və Azərbaycandan qaz və neft idxalına embarqonu vacib hesab edir.

Bu qətnamə öz məzmunu ilə “Qardman-Şirvan-Naxıcevan” Ümumaməni birliyinin yarandığı gündən xəbərdar etdiyi hər şeyi demək olar ki, tam əks etdirir. Ona görə də biz Fransa Senatının proqressiv addımı alqışlayırıq.

Həmçinin qeyd edilməlidir ki, qətanamədə Azərbaycan tərəfindən həyata keçirmiş cinayətlərin tarixi davamlığı qeyd olunmur.

Xüsusuilə vurğulamaq lazımdır ki, Dağlıq Qarabağda həyata keçirmiş etnik təmizləmələr Qardman, Şirvan, Naxicevan yarım milyondan çox ermənilərinin Sumqayıt, Bakı, Gandzak, Xanlar, Mingəçevir və ermənilərin məskunlaşdığı digər yaşayış məntəqələrinin qırğınları, talanları və zorakılığının müşayiəti ilə məcburi köçürülmələri  qabaqlamışdır. 

Biz ümidvarıq ki, beynalxalq ictimaiyyətin birgə obyektiv səyləriylə Azərbaycanın cinayətkar rejimi tərəfindən zərər çəkmiş bütün soydaşlarımızın təbii və ayrılmaz hüquqlarının bərpasına nail olmaq mümkün olacaq”.

Daha çox göstər
Back to top button