
Ötən ilin sonunda Moskva Apellyasiya Məhkəməsi hərbi texnikanın qanunsuz ixracı ilə bağlı iş üzrə qərar qəbul edib. 2021-ci ilin sentyabr ayında FSB əks-kəşfiyyatı “Tor” ADF-lərdə istifadə etmək üçün Azərbaycan ərazisindən qaçaqmalçılıq yolu ilə İrana Mİ-381 və Mİ-381-1 tipli maqnetronların keçirilməsi ilə məşğul olan Azərbaycan əsilli Rusiya vətəndaşı Əliyar Qasım oğlu Ağalarovu həbs edib, “Militarist” telegram kanalı yazıb.
FSB araşdırmasına görə, Ağalarov 2020-ci ilin sonunda “Ukroboroneksport” dövlət müəssisəsinin törəmə şirkəti “Ukroboronservis”in maraqlarını təmsil edən potensial ukraynalı alıcı ilə əlaqə saxladı.
Dinləmə zamanı Federal Hərbi Texniki Əməkdaşlıq Xidməti və Federal Texniki və İxrac Nəzarəti Xidməti 2007-ci ildə “Tor” sistemlərinin Tehrana satılmasına baxmayaraq, maqnetronların rəsmi kanallar vasitəsilə İrana çatdırılmadığını məhkəmədə təsdiqləyib.







