İctimaiyyət
Mopedlə “Təcili yardım” xidmətinin təmin edilməsi nəzərdə tutulur

Yerevan bələdiyyəsi xəbər verir ki, “Təcili yardım” şirkətinin mövcud 43 avtomobilinə yenilərinin əlavə edilməsi imkanını nəzərdən keçirilir, yaxın vaxtlarda mopedlərlə xidmət göstərilməsi də nəzərdə tutulur.
Keyfiyyətli xidmətin təmin edilməsi üçün mer Avinyan 1-03 telefon nömrəsinə daxil olan zənglərə mütləq cavab verilməsinin vacibliyini vurğuladı.
“Xidmətin keyfiyyəti xeyli yaxşılaşdırılmalı, cavabsız zənglər olmamalıdır. Biz vətəndaşların müraciətlərinə 100% cavab verməliyik”, – o deyib.







