BaşlıcaSiyasət

Azərbaycan hakimiyyəti tərəfindən Məmməd Əmin Rəsulzadənin doğum gününun qeyd etməsi tarixi faktların təhrif edilməsidir. Bəyanat:

Beynalxalq “Lazarev klubunun” şurası və MDB ölkələrinin institutu(Moskva) Azərbaycanda Məmməd Əmin Rəsulzadənin doğum gününun qeyd etməsi ilə baglı birgə bəyanat yaymışlar.

“Mətbuat vasitələrinin əksəriyyətinin sükutu  fonunda rus-erməni beynalxalq “Lazaryan klubunun” şurası və MDB ölkələrinin institutu Azərbaycan prezidenti tərəfindən 2023-cü ilin Dekabrın 30-da rəsmi sənəddə qeyd edildiyi kimi “Azərbaycan Demokratik Cümhuriyyətinin təsisçilərindən biri Məmməd Əmin Rəsulzadənin 140-cı ildönümü qeyt etmək” ilə bağlı bəyanat yayılmasını  zəruri hesab edir.

Bizim üçün aydındır ki, Azərbaycan rəhbərliyinin bu qərarı nümayiş xarakteri daşıyır və göstərir ki,  Bakı tarixi faktları təhrif edərək  ikili standartları siyasəti aparır.

Azərbaycanlı təbliğatçılar Ermənistanda Birinci dünya müharibəsi zamanı Erməni Soyqırımına qarşı mübarizə aparmış, qəhraman kimi tanıyan Garegin Njdehi  qəzəblə qınayaraq və faşistlərin şəriki adlandıraraq Rusiya İmperiyasının və Sovet İttifaqının əzəli düşməni, Pilsudski, Hitler və müharibədən sonra Türkiyədə amerikapərəst “SSRİ-nin əsarətində olan xalqların azadlığı komitəsi” ilə ardıcıl əməkdaşlıq edən Məmməd Əmin Rəsulzadəni tərifləyirlər.

 Azərbaycanda onun abidələrini  artıraraq ona ibadət edir və  “Azərbaycan atası” elan ediblər  və son 10 il ərzində onun yubileyi dövlət səviyyəsində ikinci dəfə qeyd olunur.

Nasist ordusunun sırasında azərbaycan leqionunun yaradıcısını qəharamanlaşdırmaq üçün bu saxta cəhd son dərəcə narahatedici görünür. “Təəssüf ki, bu, Azərbaycan hakimiyyətinin erməni əhalisinin Dağlıq Qarabağ ərazisindən ümumi mühacirəti fonunda davam etdirdiyi “qələbələrin bayramı” məntiqinə uyğun gəlir”, – deyə  bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button