BaşlıcaEkonomika

Ermənistanın dövlət borcu 2023-cü ildə ilkin məlumatlara görə, ÜDM-in təxminən 48,4 faizini təşkil edəcək

Ermənistanın dövlət borcu 2023-cü ildə ilkin məlumatlara görə, ÜDM-in(Ümumi daxili məhsul)  təxminən 48,4 faizini təşkil edəcək. Bu haqda ER Maliyyə naziri Vahe Hovhannisyan brifinq zamanı deyib.

“2023-cü ildə Ermənistanın iqtisadi daxili gücü artıb. Dövlət borcu isə 2022-ci il səviyyəsindən bir qədər yüksək olaraq 48,4 faiz ətrafında olacağı proqnozlaşdırılır. Vergi gəlirlərinin mütərəqqi artımı qeydə alınıb. Və 2023-cü ilin nəticələrinə görə, bizdə vergi gəlirləri-ÜDM göstəricisi 24,1 faizdir”-  deyə Hovhannisyan bildirib.

ÜDM üzrə proqnozlar ilkindir, hələlik yekun ÜDM hesablaması yoxdur. Hökumət öz planı ilə vergi-ÜDM nisbətini 25 faizə çatdırmağı qarşısına məqsəd qoyub. Nazir əlavə edib ki, son illər bu istiqamətdə xeyli irəliləyiş əldə ediblər.

Nazir sevincli hesab edib ki, qeyri-rezident və bank olmayan investorların çəkisi yaxşılaşır. Bu o deməkdir ki, Ermənistan beynəlxalq institusional investorlar üçün maraqlı olur. İstiqraz gəlirlərində müsbət tendensiyalar var.

Daha çox göstər
Back to top button