BaşlıcaSiyasət

Kalyurand Ermənistanı BCM-ə qoşulması münasibətilə təbrik edib: Bu, Ermənistan-AB əməkdaşlığı üçün əla əsasdır

Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi üzv olması münasibətilə təbrik edib.

Aldığımız məlumatına görə, deputat bu barədə X sosial platforma səhifəsində yazı yazıb.

“2024-cü il fevralın 1-də Beynəlxalq Cinayət Məhkəməsinə rəsmən qoşulması münasibətilə Ermənistanı səmimi qəlbdən təbrik edirəm. Bu, ölkənin qanunun aliliyinə sadiqliyinin bariz göstəricisidir və AB ilə Ermənistan arasında əməkdaşlıq üçün əla əsasdır” – deyə o, yekunlaşdırıb.

Ermənistan parlamenti 2023-cü il oktyabrın 3-də Roma Əsasnaməsini ratifikasiya edib. Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin noyabrında Ermənistan üçün Roma Statutunun 2024-cü il fevralın 1-dən etibarən qüvvəyə minəcəyini elan edib.

Daha çox göstər
Back to top button