Başlıcaİctimaiyyət

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası missiyalarının rəhbərləri Azərbaycanda keçirilən növbədənkənar seçkilərə toxunublar

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının missiyalarının rəhbərləri ilkin rəy veriblər.

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru və rəhbəri  Artur Gerasimov (Ukrayna) bildirib ki, missiya üzvləri vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər, KİV nümayəndələrilə görüşlər keçirirlər.

“Biz  seçkinin hansı kontekstdə keçirilməsilə bağlı təsəvvür formalaşdırmışıq”, – o deyib.

O qeyd edib ki, bütün müşahidəçilər müşahidələrin nəticəsi olaraq onlara təqdim edilmiş hesabatı doldurub təqdim edəcəklər və bu əsasda yekun rəy formalaşdıracaqlar.

Turan yazır ki, “Jurnalsitlərin həbs olunduğu şəraitdə azad seçki keçirmək nə qədər adekvatdır? sualına cavabda ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri, vitse-prezident Daniela De Ridder (Almaniya) qeyd edib ki, özü də əvvəllər jurnalist olub.

“Ona görə mən çox yaxşı bilirəm ki, azad mətbuat nə qədər önəmlidir.  Azərbaycanda seçkini uzunmüddətli müşahidə edənlər çox yaxşı bilirlər ki, ölkədə seçki hansı şəraitdə keçir”, – o deyib.

Daha çox göstər
Back to top button