
İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etdim və ən xoş arzularımı bildirdim. Bu barədə Avropa Şurasının rəhbəri Çarlz Mişel özünün “X” səhifəsində yazıb.
“Biz Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsi ətrafında əsaslı müzakirələr apardıq. Biz Azərbaycanın Cənubi Qafqazı sabit və firavan etmək məqsədi daşıyan Brüssel formatında üçtərəfli görüşləri bərpa etmək öhdəliyini alqışlayırıq. AB-Azərbaycan əməkdaşlığı ilə bağlı məsələlər kommunikasiya və energetika sahəsi də daxil olmaqla müzakirə olunub” – deyə Çarlz Mişel yazıb.







