BaşlıcaSiyasət

Ermənistanın yalnız Hindistan və Fransa ilə deyil, silah əldə etmək üçün çox ciddi müqavilələri var: Xaçatryan

Hazırda Ermənistanın hərbi-texniki qarşılıqlı əməkdaşalığı, silah əldə etmək üçün çox ciddi müqavilələri yalnız Hindistan və Fransa ilə deyil,  həm də hərbi-texniki sahəsində ciddi irəliləyiş olan digər ölkələrlə var. Bu haqda Parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan jurnalistlə söhbətində bildirib.

Hakim deputat mötərzəni açmayıb, amma vurğulayıb ki, müharibədən sonra kifayət qədər çətin vəziyyət olubsa da,  silah əldə etmək, hərbi-strateji əməkdaşlığı sahəsində vakuum yaranıb, lakin bu məsələ “təəccüblü dərəcədə qısa müddətdə öz həllini tabıb”.

“Hər halda, bu gün bizim Hindistan, Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların əldə edilməsi ilə bağlı, artıq məlum olduğu kimi, ciddi razılaşmalarımız var və deməliyik ki, bizim böyük dövlətlər və hərbi-texniki sahədə ciddi irəliləyiş əldə etmiş dövlətlərlə də müqavilələrimiz var.

 Təbii ki, biz bu haqda danışmayacağıq, deməyəcəyik, ancaq bu təkcə Fransa və Hindistan deyil” – deyə hakim deputat vurğulayıb ki, “son bir-iki ildə daha böyük həcmdə iş aparılıb və bunun nəticələrini yaxın gələcəkdə görəcəyik”.

Xaçatryan həmçinin vurğulayıb ki, Ermənistanın Rusiya ilə də ciddi hərbi-texniki qarşılıqlı əməkdağlıq müqavilələri var və Rusiyanın qismən yerinə yetirdiyi, lakin hələ də yerinə yetirməli olduğu öhdəliklər var.

“Biz ən müasir, ən azı dördüncü-beşinci nəsil silah sayıla biləcək silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni müasir müharibələrin taktikasını öyrənməklə bizim ciddi təhlillərimiz var, eləcə də 44 günlük müharibənin acı təcrübəsindən biz artıq bilirik ki, hansı silahlara ehtiyac var, o silahlara sahib olan və bizə bu silahaları satmağa hazır olan ölkələrlə, şübhəsiz ki, əməkdaşlıq edirik” – deyə deputat bildirib.

Bu günlərdə Müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistanın silahın əldə edilməsi diversifikasiyası məsələsində irəliləyiş və uğurları var.

“Fransa və Hindistan bizim əsas tərəfdaşlarımıza çevriliblər, lakin mənim toxunmaq istəmədiyim başqa ölkələr də var” – deyə nazir bildirib.

Daha çox göstər
Back to top button