
İran üçün Şimal-Cənub dahlizi çərçivəsnidə Ermənistan və Azərbaycanla keçən yolların müxtəlif mənaları var. Bu haqda İran və Avrasiya tətqiqatlar institutunun eksperti Qodratollah Şəfie müxbirlə söhbətində bildirib.
O, izah edib ki, Azərbaycan amilində söz Rusiyaya, Ermənistan və Gürcüstan vasitəsilə Avropaya doğru gedən giriş barədədir. Ona görə də İran üçün bu iki yolun tamamilə digər mənası var.
“Tehran həm Azərbaycan ərazisi ilə Rusiyaya doğru, həm də Ermənistan ərazisindən Avropaya doğru çıxışı təmin etməyə çalışır” – deyə ekspert əlavə edib.
Şəfir xatırladıb ki, Hindistan həmçinin İran, daha sonra Ermənistan və Gürcüstan vasitəsilə Avropaya daxil olmaq istəyir.
“Azərbaycandan keçən yolun nə vaxt açılacağı hələlik məlum deyil, bu, illər davam edə bilər, çünki bu layihə çərçivəsində məhz İranda təxminən 100 km uzunluğunda dəmir yolu tikmək lazımdır”-deyə ekspert bildirib.
Eyni zamanda, o hesab edir ki, Şimala doğru yolun yalnız Azərbaycanla mövcudluğu Tehran üçün risklərlə doludur, çünki Azərbaycan öz tranzit rolundan rıçaq kimi istifadə edə və istədiyi kimi yolu bağlayaraq İran üçün problemlər yarada bilər.
“Lakin Azərbaycan tərəfindən belə təxribatın halında İranın Rusiyaya doğru ya Xəzər dənizi, ya Türkmənistan, ya da Qazaxıstan vasitəsilə artıq işləməkdə olan alternativ yolları var.
Ermənistanla keçən yol bu baxımdan İran üçün olduqca vacibdir, çünki bu Avropaya doğru yoldur”-deyə o, əlavə edib.
Şəfir avropalıların Hindistan-İran-Ermənistan-Gürcüstan-Avropa yolu ilə maraqlı olduğunun vacibliyini qeyd edib.
“Avropalılar həmçinin həmin dəhlizin yaradılması istiqamətində işləməlidirlər və əgər onlar Amerika sanksiyalarının səbəbindən İranla işləmək istəmirlərsə, onda bu dəhliz faydasız olacaq” – deyə ekspert yekunlaşdırıb.







