
Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü fevralın 28-29-da Berlində keçiriləcək. Bu barədə Ermənistan Xarici işlər nazirliyi məlumatlandırıb.
“Mətbuatdan daxil olan suallara cavab olaraq bildiririk ki, Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü Berlində fevralın 28-29-da keçiriləcəkdir”.







