
Ermənistan və Yunanıstanın Müdafiə nazirləri müdafiə sahəsində ikitərəfli saziş çərçivəsində müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Jurnalistin verdiyi məlumata görə, bu haqda Yunanıstanın Milli Müdafiə naziri Nikos Dendias mətbuata açıqlamasında bildirib.
“Bu gün biz çox qeyri-sabit vəziyyət görürük, çünki biz beynəlxalq hüquqa, beynəlxalq müqavilələrə, dəyərlərə, Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə məhəl qoymayan ekspansionist qüvvələrlə qarşılaşırıq.
Beynəlxalq ictimaiyyətin ümumi vəzifəsi bu çağırışların öhdəsindən gəlmək olmalıdır. Biz göstərməliyik ki, biz münaqişələrin genişlənməsinə yol verməməyə hazırıq və sülh vəziyyətinə qayıtmağa çalışaq. “İnsan həmişə beynəlxalq hüquqa uyğun hərəkət etməlidir”- deyə Dendia bildirib.
O, qeyd edib ki, ER Müdafiə naziri Suren Papikyanla ikitərəfli münasibətlərin inkişafı üçün əməli addımlar müzakirə olunub.
“Bu il biz hər iki ölkənin silahlı qüvvələrinin iştirak edəcəyi hərbi əməkdaşlıq proqramını imzaladıq. Keçmişdə də əhəmiyyətli nəticələrimiz var idi: Ermənistandan Yunanıstan hərbi məktəblərində oxumaq üçün çoxlsaylı təkliflər olurdu. Qarşıdakı illərdə daha çoxunu qəbul etməyi planlaşdırırıq” – deyə nazir bildirib.
Bundan əlavə, nazir deyib ki, iki ölkə müdafiə sahəsində innovativ həllərin axtarışında uğurlu əməkdaşlıq qura bilər.
“Yeni Tədqiqat və İnnovasiya Mərkəzi ilə bağlı yeni Yunanıstan qanunvericiliyi haqqında sizə məlumat verməkdən məmnun oldum. Erməni şirkətləri bu sistemə töhfə versələr, məmnun olarıq” – deyə Yunanıstanın Müdafiə naziri yekunlaşdırıb.







