BaşlıcaMədəniyyətSiyasət

Azərbaycan rejimi Dağlıq Qrabağın boşaldılmış şəhər və kəndlərində heykəl və mədəni təmizləmə prosesinə başlayıb: Ümumerməni birliyi

Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi Azərbaycanın Stepanakertdə Şarl Aznavurun abidəsinin dağıdılmasına toxunub.

Birliyin yaydığı bəyanatı diqqətinizə çatdırırıq.

“Bu günlərdə məlum olub ki, azərbaycanlılar Stepanakertdə Şarl Aznavurun xatirəsinə ucadılmış büstü söküblər. Görünən odur ki,  Azərbaycan tərəfindən həyata keçirilən bu cür addımlar  artıq heç kimi təəccübləndirmir. Azərbaycan rejimi Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmə apardıqdan sonra boşaldılmış şəhər və kəndlərdə heykəl və mədəni təmizləmə prosesinə başlayıb. Xristian müqəddəs yeləri və ziyarətgahları davamlı olaraq murdarlanır, erməni qəbirstanlıqları və qiymətli sənət nümunaləri məhv edilir.

Belə addımlar həmçinin beynəlxalq ictimaiyyətin qəzəbinə və narazılığına səbəb olur. İtaliyanın Deputatlar Palatasının üzvü Emanuele Pozzolo bununla bağlı öz narahatlığını ifadə edib. O, xüsusi qeydlə ermənilərə qarşı nifrətin və xristian Xaçlarının məhv edilməsinin tarixdə və mədəniyyətdə iz buraxdığını xüsusi qeyd edib. Emanuele Pozzolo onu da qeyd edib ki, Şarl Aznavur dünya musiqisinin ən böyük nümayəndələrindən biri olub, bu isə o deməkdir ki, Azərbaycan rejimi ümumdünya dəyərlərinə, xüsusən də bunun ermənilər və erməniliklə bağlı olduğu halında, onlara tam hörmətsizliklə yanaşır.

Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi italiyalı deputata göstərilən diqqət üçün minnətdardır. Biz sonuncunu və onun həmkarlarını Azərbaycan irqçiliyinin gələcək yayılmasının qarşısını alınmaq üçün öz mandatını istifadə etməyə çağırırıq”.

Daha çox göstər
Back to top button