
Çoxlarının beynində belə bir model var ki, bizim təhlükəsizlik funksiyalarımızı yerinə yetirən müəyyən Rusiya olub, indi onların yerinə başqasını seçməliyik, amma hər iki tezis də yanlışdır. Bu haqda jurnalist ilə söhbətində politoloq Aleksandr İskandaryan deyib.
“Rusiya 2016-cı ildən bu funksiyaları yerinə yetirmir, bu günə kimi yerinə yetirmir və yerinə yetirmək niyyətində deyil. Onlar əşğuldurlar, başqa yerdə min bir dərdi-səri var. Rusiya qarant deyildi. Qərb də daxil olmaqla, kimsə bu xəyali Rusiyanı dəyişə bilərmi – təbii ki, yox. Gec-tez öz gücümüzlə işləməliyik, əks halda hər şey daha da pisləşəcək” – deyə o, bildirib.
Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, münaqişənin iki tərəfi razılığa gəlmək istəyəndə, lakin belə bir imkan olmadıqda onlara texniki vasitəçi lazımdır.
“Odur ki, bir qayda olaraq, regionda baş verən hadisələrlə birbaşa maraqlanan ölkələri seçmirlər. Məsələn, Rusiya sadəcə olaraq vicdanlı vasitəçi ola bilməz, o, bu regionda oyunçudur, həqiqətən neytral ola bilməz. Belə proseslər üçün regionda real marağı olmayan ölkələr seçilir” – deyə İskandariyan əlavə edib.
O, xatırladıb ki, Rusiya ilə Qərb çox qızğın qarşıdurma içərisindədir, ona görə də Qərbin istənilən hərəkəti Rusiyada qısqanclığa səbəb olur.
“Eyni zamanda Qərb-Rusiya münaqişəsində bizim cəbhədə ciddi heç nə baş vermir. Xəbər səs-küyünə daha az diqqət yetirilməlidir. “Rusiya və Qərb ölkələrinin real ziddiyyətlər Ukraynada yer alır” – deyə ekspert yekunlaşdırıb.







